Interposta.Info

Suriya əsgərləri nadir tarixi tapıntı aşkar etdi

Dünya
 14-01-2018, 21:17     10 400

Suriya hərbçiləri Həma vilayətinin şərqində yerləşən Akerbat qəsəbəsində mina təmizləmə əməliyyatları apararkən 50 kv. metrlik mozaik lövhə aşkar ediblər.

Kult.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Tapıntıdan sonra əraziyə gələn mütəxəssislər mozaikanı zədələmədən çıxarmaq üçün qazıntılara başlayıblar.

Qeyd edək ki, bu, Suriyada ilk belə tapıntı deyil. Ötən ilin avqust ayında da Suriyanın Barada vadisində bənzər mozaik üslubda nadir tapıntı aşkar edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26