Interposta.Info

Türklərin Anadolu tarixini dəyişəcək tapıntı -

Ölkə
 6-01-2018, 12:54     10 475

Anadoluda eramızdan əvvələ aid türk izləri daşıyan qayaüstü təsvirlər və kurqan tipli məzarlar aşkar edilib.

Kult.az xəbər verir ki, bu barədə Atatürk Universitetinin tarixçi professoru Alparslan Ceylan məlumat verib.

Məlumata görə, tapıntılar Qarsdakı dağlardan birində aşkar edilib. Professor tapıntıların təhlükəsizliyinin tam təmin edilmədən yerlərinin açıqlanmayacağını bildirib. Qayaüstü təsvirlərin eramızdan əvvəl 3000-2000-ci illərə aid edildiyi qeyd olunub.

“Kurqanlar üçün Mədəniyyət Nazirliyindən qazıntı icazəsi alınacaq. Qayaüstü təsvirlər digər Orta Asiya və Qafqazdakı çağdaşları ilə qarşılaşdırılacaq. Mədəniyyət Nazirliyinin icazəsi ilə 10 il ərzində Şərqi Anadoluda araşdırmalar apardım. Monqolustan, Qazaxıstan, Qırğısıztan, Türkmənistan, İran və Azərbaycanda hər il tədqiqatlar aparıram. Əslində bir pazlın parçalarını tapıb birləşdiririk. Hər il yeni parçalar tapırıq. Anadoluda türk izlərini məhv etmək istəyənlər var. Boyunlarına fotoaparat asıb, özünü araşdırmaçı kimi qələmə verənlər yerlərini müəyyən etdikdən sonra gecə həmin tapıntıları məhv edir”, - Ceylan deyib.

Qeyd edək ki, Qərb mənbələri türklərin Anadoluya gəlişini 1071-ci ildə baş vermiş Malazgird döyüşü olaraq göstərir.

interposta.info
Türklərin Anadolu tarixini dəyişəcək tapıntı -
Türklərin Anadolu tarixini dəyişəcək tapıntı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26