Interposta.Info

Azərbaycanda iki telekanalın yayımı dayandırıldı

Ölkə
 23-04-2017, 15:47     573

Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırılıb.

Baku.vs xəbər verir ki, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb.

Sözügedən kanalların yerinə türk kanalları daxil edilib. KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır.

Belə ki, sözügedən kanallarda "soyqırım" ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26