Interposta.Info

TV-lərimizin reytinqi ilk dəfə açıqlandı –

Müxtəlif
 22-05-2017, 07:30     505

“Ailə TV” kabel televiziyasının nümayəndəsi, blogger Sabir Məşədizadə yerli telekanalların reytinqi barədə məqalə hazırlayıb.

Aprel, 2017: yerli və xarici kanalların izlənmə statistikası

İndi əminliklə qeyd etmək olar ki, televiziya da Azərbaycanda dəqiq ölçülən mediaya çevirilməkdədir. Mən bu yazıda aprel ayının nəticələrinə görə yerli televiziya xidmətləri operatorlarından birinin - İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarını analiz etməyə çalışacam. Bu araşdırma sizə nəinki yerli kanallar haqqında zəngin məlumat, həm də ümumən azərbaycanlı izləyicilərin davranışlarını anlamağa yardım edəcək.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, İPTV desək də, bu, əslində OTT TV xidmətidir. OTT (Over The Top) texnologiyası İPTV-də olduğu kimi, internet provayderə bağlı deyil və istənilən internet şəbəkəsində televiziya kanallarını izləmək imkanı verir. Bu da o deməkdir ki, xidmətdən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar istifadə edir. Lakin əlbəttə ki, onların 90%-dən çoxunu Azərbaycandakı abunəçilər təşkil edir.

Beləliklə, aprel ayının nəticələri

İPTV xidmətimizdə 200 kanal yayımlanır. Əsas 3 kateqoriya ayırmışam: Azərbaycan kanalları, rusdilli kanallar və türkdilli kanallar.

Yerli kanallardan ATV digərlərində nisbətən daha irəlidədir – 33.258 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da, aralarında təxminən 12.000 izlənmə saatı fərq var. Ümumi siyahıda 10-cu, yerli kanalların sırasında isə AzTV-nin 3-cü olması və aprel ayı 9.062 saat izlənmə göstəricisinə malik olmasının bir neçə səbəbi var ki, onları nəzərə almalıyıq. AzTV bizm “PlayList”də də 1-ci olduğundan, xidmətə hər yeni qoşulan abunəçiyə avtomatik bu telekanal açılır. Çox güman, elə bu səbəbdəndir ki, AzTV-nin göstəricisi bizi aldadır. Bunu nəzərə alaraq hesab edirəm ki, AzTV-nin 10/3-cü yerinə haqlı olaraq ümumi siyahıda 7.496 izlənmə saat ilə 13, yerli kanallarda isə 4-cü olan ARB TV daha layiqlidir. Ardınca isə elə təxminən eyni göstərici ilə (7.448 izlənmə saatı) “İdman Azərbcaycan” gəlir və ümumi siyahıda 14-cü yeri tutur./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26