Interposta.Info

“Google” İranın ingilisdilli “Press TV” televiziyasının internet variantına girişi qadağan edib

Dünya
 11-12-2019, 20:33     334

“Google” şirkəti İranın ingilisdilli “Press TV” televiziyasının internet variantına girişi qadağan edib.

AZƏRTAC xəbər verir ki, bu gündən etibarən “YouTube” sosial şəbəkəsində “Press TV”nin verilişlərini izləmək mümkün olmayacaq. Televiziya kanalının rəhbəri Həbib Əbdülhüseyn bildirib ki, onlar sosial şəbəkənin istifadə qaydalarını pozmayıblar. Televiziyanın internet vasitəsilə yayımının qarşısının alınmasının qərəzli olduğunu deyən H.Əbdülhüseyn bu qərarın siyasi xarakter daşıdığını bildirib: “Söz və mətbuat azadlığından danışan bir ölkədə fəaliyyət göstərən internet şirkətinin bu addımı İrana qarşı qərəzli siyasətin davamından başqa bir şey deyil”.

Xatırladaq ki, ötən həftə “Facebook” İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin akkauntunu bağalayıb.

Yerli mətbuat yazır ki, ABŞ İranı yalnız iqtisadi cəhətdən deyil, həm də informasiya blokadasına almağa çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26