Film tarixinin ən sensasion hadisəsi sayılan KƏRƏ YAĞLI intim səhnəsi gerçəkmiş —
“Parisdə Son Tanqo” (Last Tango In Paris) filminin kərə yağlı zorlama səhnəsi film tarixində ən çox danışılan mövzulardan olub.
Həmin vaxt “zorlanan” qız 19 yaşında olan Mariya Şnayderdən (Maria Schneider) başqası deyildi.
Sözsüz ki, “Parisdə son tanqo” filmi indiyədək çəkilmiş filmlər arasında öz məxsusiliyi ilə seçilməyi bacarıb. Bu məxsusiliyin başında isə filmin məşhur səhnəsi gəlir.
Əlbəttə, üstündən bu qədər müddət keçməsinə baxmayaraq “zorlama” səhnəsinin hələ də haqqında danışılmasına səbəb sadəcə cəsur epizod olmasından irəli gəlmir.
İddialara görə “zorlama” səhnəsi gerçəkdir.
Maraqlısı budur ki, bu iddialar nə qədər əsaslıdır...
Yaxud filmin populyarlaşması üçün ortaya atılmış dedi-qodudur?
Gəlin sensasiya səbəb olmuş film haqqında bir az məlumat verək…
1972-ci ildə təqdim edilən və həmin dövrün ən erotic filmlərindən biri hesab edilən “Parisdə son tanqo” filminin rejissoru Bernardo Bertoluçidir.
Bu da məşhur “Zorlama” səhnəsindən bir hissə…
Yerdəki isə təxmin etdiyiniz kimi kərə yağıdır.
Bu səhnə lentə alınarkən baş rol oyunçularından Marlon Brando 48, Mariya Şnayder isə hələ 19 yaşında idi.
Rejissor Bertoluçi 2013-cü ildə verdiyi reportajda bu səhnənin gerçək olduğunu etiraf edib.
Bertoluçinin sözlərinə görə kərə yağı ilə “zorlama” səhnəsinə Brando ilə birlikdə qərar veriblərmiş. Senaridə olmayan həmin səhnəni 19 yaşı Mariyaya da həmin vaxt deyiblər.
İlk senaridə olmayan bu səhnəyə görə Şnayder etiraz edə bilmir.
Mariya həmin hadisəni belə nəql edir:
“Agentliyimi yaxud da vəkilimi çəkiliş meydançasına gəlmələri üçün çağırmalı idim. Ancaq həmin vaxt senasidə olmayan bir səhnə üçün məcbur edilə bilməyəcəyiimi bilmirdim”.
"Bəli, o səhnə çəkilərkən Marlon mənlə həqiqi cinsi əlaqədə deyildi, lakin mənim göz yaşlarım gerçək idi..."
“Marlon məni sakitləşdirib bunun sadəcə film səhnəsi olduğunu izah etdi. Düzünü isə desəm, mən də özümü təhqir edilmiş və zorlanmış biri kimi hiss edirdim. Təkcə Marlon yox, sanki Bertoluçi də məni zorlamışdı. Ancaq yaxşı ki, o səhnə bir dəfəyə çəkildi. Yoxsa mən buna ikinci dəfə dözməzdim...”
Bertoluçu isə film üçün ani bir qərarla niyə “zorlama” səhnəsini filmə daxil etdiyini belə izah edir:
“Mariyanın həmin səhnədə aktrisa kimi yox gənc bir qız kimi davranmasını istədim. Təhqir edildiyini hiss etməsini istəyirdim. Həmin səhnələr məhz bu səbəbə görə uğurlu alınıb.
Düşünürəm ki, məndən və Marlondan ona öncədən məlumat vermədiyimiz üçün nifrət edir. Ancaq buna görə heç vaxt peşman olmamışam”.
Film həqiqətən də səs-küylü oldu və Bertoluçi adını bu vəsilə ilə bütün dünyada məşhurlaşdırdı.
Ancaq 19 yaşlı Mariya təəssüf ki, yaşadığı utanc hissini o qədər də asan unutmur. Hətta filmin təqdimatından sonra intihar etməyi də düşündüyünü deyir.
“Həqiqətən də çox ağladım. O filmdən sonra narkotik qəbul etməyə başladım və intihara təşəbbüs etdim”.
Maria Şnayder onu da bildirir ki, Marrlon və Berrtoluçu filmdən milyonlar əldə etdikləri halda ona sadəcə 5000 dollar verirlər.
Filmdən sonra Bertoluçi və Marlon karyeralarının yüksəlişinə keçsələr də Mariya depressiya səbəbilə bunu bacarmır.
Bir neçə pornoqrafik film təklifi alsa da razı olmur.
Psixologiyası getdikcə pozulan aktrisa 1976-cı ilin əvvəllərində “Caligula” filminin çəkiliş meydançasından qovulur, və ruhi dispanserə yerləşdirilir.
Həmin filmin çəkiliş meydançasından qovilma səbəbi isə erotic səhnələrdə oynamaq istəməməsi olmuşdu.
Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Mariya Şnayder 58 yaşında Parisdə dünyasını dəyişir.
Ondan isə geriyə hələ də müzakirələrə səbəb olan həmin səhnə qalıb…/ölkə.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26