Interposta.Info

Azərbaycanlı boksçu səhnəsi filmdən çıxarıldı,

Müxtəlif
 21-02-2017, 18:11     584

Azərbaycanlı boksçu səhnəsi filmdən çıxarıldı,
Türkiyə və Azərbaycanda qalmaqal yaradan “Recep İvedik“ filmi rekord qırıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolunu Şahan Gökbakarın canlandırdığı film dörd gündə 1 milyon 890 min 412 adam tərəfindən izlənərək öz rekordunu yeniləyib. “Recep İvedik – 5” haqda artıq yazarlarda öz fikirlərini köşə yazılarında əks etdirib. “Sabah” qəzetinin yazarı Yüksel Aytuğ “Bir dürüm komediyası: Rəcəb İvedik 5” adlı köşəsində yeni təqdim olunan filmdən yazıb. O hətta ekran işindən qalmaqallı azərbaycanlı boksçu səhnəsindən də bəhs edib:

“ “Recep İvedik 5” kassada rekord qırır. Möhtəşəm bir film olduğu üçünmü? Xeyr. Möhtəşəm aktyor işi üçün? Deyil. Düşündürücü zarafatlara görəmi? Tam tərsi ... “Recep İvedik”in ən əhəmiyyətli silahı kobudluqdur. Qaz çıxarma, əl zarafatı, burun qurdalamaq, qusma onun ən əhəmiyyətli silahlarıdır. Yaxşı, elə isə bu film necə olur ki, rekord qırır? Cavab verirəm: Şahan- Togan Gökbakar qardaşları xalqın gerçək gündəmindən xəbərdardır və millətin “gülmə reflekslərinə” yaxşı bələddir...

Gələk, çox müzakirə edilən azərbaycanlı boksçu səhnəsinin filmdən çıxardılmasına. Düzdür, o səhnə filmdən çıxardılıb, amma digərləri nə olacaq? Yunana, rusa, romalıya rəva görülənlər sülh mesajı verir? Əgər filmdəki hər beynəlxalq səhnə azərbaycanlı qardaşlarımızın verdiyi haqlı reaksiyaya paralel tutulsa, gərək, Xarici İşlər Nazirliyi başqa məsələlərlə məşğul olmasın.

Deyəcəyim odur ki, “Recep İvedik 5” onu sevərlərin könlünü oxşayacaq. Şahan bizə “vəziyyət komediyası” əvəzinə türklərə xas “dürüm komediyası”hazırlayıb. Yəni, içində nə olduğunu çox vaxt anlaya bilməzsiniz, ancaq qarnınızı doydurar”.

Qeyd edək ki, ilki 2008-ci ildə nümayiş olunan “Recep İvedik” silsilə filmlərinin sonuncusu 2014-ci ildə nümayiş olunmuşdu və 6 həftədə 7 milyon tamaşaçı tərəfindən izlənilmişdi. Yeni film isə nümayiş olunmazdan öncə treylerindəki Recep İvedik (Şahan Gökbakar) ilə azərbaycanlı boksçu səhnəsi ilə gündəmə gəlmişdi. İvedikin rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərməsi hər iki ölkədə birmənalı qarşılanmamışdı.

Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olmuşdu. O boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirmişdi.

Etirazlardan sonra Şahan Gökbahar boks səhnəsini filmdən çıxarıldığını açıqlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26