Interposta.Info

Receb İvedik Azərbaycandan imtina etdi –

Maqazin
 18-04-2017, 15:29     593

Türkiyəli aktyor ŞahanGökbahar “Receb İvedik 5” filminin Azərbaycanda yayımlanmasını qadağan edib. Bu barədə big.az saytı məlumat yayıb. Məlumata görə, buna səbəb filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub.

Qeyd edək ki, filmin Türkiyədə qala gecəsi bu ilin fevral ayında baş tutmuşdu. Ölkəmizdə isə həmin filmin mart-aprel ayında kinoteatrlarda nümayiş olunacağı gözlənilirdi. Kinoteatrların mətbuat xidmətlərindən bildirilirdi ki, Bakıda keçiriləcək qala-gecə və aktyorların şəhərimizə gəlişi nəzərdə tutulmasa da film nümayiş olunacaq. Çünki məlum qalmaqala səbəb olan, azərbaycanlı boksçu ilə bağlı olan səhnə filmdən çıxarılmışdı. Lakin göründüyü kimi, aktyor Şahan Gökbahar nəinki ölkəmizdə gəlməkdən, hətta filmin Azərbaycanda yayımlanmasından imtina edib.

Məsələyə aydınıq gətirmək üçün müsavat.com-un əməkdaşı paytaxtda fəaliyyət göstərən bəzi kinoteatrlarla əlaqə saxlayıb. Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirdi ki, ümumiyyətlə film ölkəyə hələ gətirilməyib:

“Film təkcə bizim kinoteatra deyil, digər kinoteatrlara da verilməyib. Lakin filmin Azərbaycanda yayımlanmasından imtina edilməsi haqda məlumatımız yoxdur. Ola bilər ki, film alınacaq, lakin bu haqda məlumat yoxdur. Bundan əvvəl filmi yayımlayan şirkətlə danışıqlar aparılırdı, bizə bildirmişdilər ki, xəbər veriləcək. Lakin hələ ki, heç bir xəbər yoxdur”.

Digər kinoteatrlardan da eyni cavab aldıq, bildirildi ki, filmin nə zaman ölkəyə gətiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26