Interposta.Info

Oğrular bu dəfə nəzir qutusundakı pula göz tikdi –

Ölkə
 22-04-2017, 15:32     613

Qubada oğurluqla məşğul olan qrup zərərsizləşdirilib.

ARB TV xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri - Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

interposta.info xəbər verir ki, faktlarla bağlı araşdırmalar aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26