Interposta.Info

Abaşidze 78 yaşında ata oldu

Ölkə
 14-04-2017, 18:36     442

Gürcüstanın Acarıstan muxtariyyətinin keçmiş başçısı 78 yaşında 3-cü dəfə ata olub.

Haqqın.az xəbər verir ki, aprelin 5-də onun bir oğlu dünyaya gəlib.

Abaşidzenin ilk nikahı, bir neçə il öncə xərçəng xəstəliyindən dünyasını dəyişən Maquli Qogitidzedən Georgi və Diana adlı iki uşağı var.

Abaşidzyə övlad verən indiki arvadının 45 yaşı var. Erməni əsilli arvadı ilə Abaşidze Batumda tanış olub. Sonradan doğma şəhərini tərk etməyə məcbur olan Aslan Abaşidze həyat yoldaşını da özü ilə Moskvaya aparıb.

Aslan Abaşidze 1991-ci ildən 2004-cü ilə qədər Acarıstana rəhbərlik edib. 2004-cü ilin mayında o, “Qızılgül inqilabı”ndan ardından baş verən “Acar inqilabı”ından sonra ölkəni tərk etməyə məcbur olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26