Interposta.Info

Şəmkirdə atışma: 2 nəfər güllələnib - FOTOLAR

Ölkə
 30-03-2017, 17:24     1 124

Şəmkirdə gənclərin mübahisəsi odlu silahdan açılan atəşlə iki nəfərin xəsarət alması ilə nəticələnib. interposta.info xəbər verir ki, AzEuroNews.com-un məlumatına görə, yaralılardan birinin vəziyyəti ağır, digərinin səhhəti isə nisbətən yüngül kimi dəyərləndirilir.

Silahlı insident Şəmkir rayonunun Dəllər-Cəyir kəndində baş verib. Dəllər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov Şəmkir sakini həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb.

Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, sonradan mübahisə Vahid Əsgərova məxsus “Niva” markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb.

Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Həmin şəxs də yaxınları tərəfindən Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat- axtarış tədbirlərini davam etdirir.

interposta.info
Şəmkirdə atışma: 2 nəfər güllələnib - FOTOLAR
Şəmkirdə atışma: 2 nəfər güllələnib - FOTOLAR
Şəmkirdə atışma: 2 nəfər güllələnib - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26