Interposta.Info

Rusiyanın Azərbaycana satdığı tanklar -

Ölkə
 24-03-2017, 15:07     646

Rusiya 2016-cı ildə Azərbaycana T-90C tanklarının satışını davam etdirib.

interposta.info
istipress-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında deyib.

O bildirib ki, Bakı və Moskva arasında T-90C tanklarının satışı ilə bağlı razılıq 2011-ci ildə əldə olunub.

2014-cü ildə Rusiya Azərbaycana 100 tank göndərib. İkinci partiyada da eyni sayda T-90C tankının Bakıya göndərilməsi nəzərdə tutulurdu.

V.Putinin sözlərinə görə, 2016-ci ildə Rusiya xaricə 15 milyard dollar dəyərində silah və hərbi texnika satıb. O bildirib ki, cari ildə Moskva yeni milyardlıq müqavilələr imzalamağı planlaşdırır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26