ABŞ bu ölkəyə 10 ildə 300 milyardlıq silah satıb

Yaxın zamanda ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyon dollarlıq silah satışı ilə bağlı müqavilə imzalanacaq.
Axar.az xəbər verir ki, bu barədə “Röyter”ə adı açıqlanmayan Ağ Ev nümayəndəsi məlumat verib.
O bildirib ki, prezident Donald Trampın mayın 19-da Ər-Riyada səfəri zamanı bununla bağlı imzalanma mərasimi keçiriləcək:
“Mərhələli müqavilənin sonuna gəldik. Bu həm regional təhlükəsizlik, həm də ABŞ iqtisadiyyatı üçün önəmli müqavilədir”.
Qeyd edək ki, bu müqavilə ilə bərabər ABŞ-ın son 10 ildə Səudiyyəyə satdığı silahın dəyərinin 300 milyard dolları keçməsi gözlənilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26