Interposta.Info

“Yaxın günlərdə Rusiyadan yeni silahlar gözləyirik” – Serj Sarkisyan

Dünya
 1-11-2017, 15:26     10 326

Moskva yaxın günlərdə mövcud müqavilə çərçivəsində Yerevana silah göndərəcək.

Avropa.info xəbər verir ki, Ermənistanın Rusiya ilə imzaladığı 100 milyon dollarlıq kredit müqaviləsinin reallaşdırılması dövlətlərarası razılaşmalardan sonra başlayacaq.

“İlin sonuna kimi biz əvvəlki müqaviləni həyata keçirəcəyik. Bu günlərdə yeni partiya gözləyirik, ilin sonuna kimi əvvəlki müqavilə ilə bağlı bütün məsələləri bağlayacağıq” – Sarkisyan belə deyib.

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya Ermənistana 200 milyon dollar kredit qarışlığında rus istehsalı silah satın almaq barədə müqavilə imzalatmışdı.

“Yerevanda artıq yeni müqavilə imzalamışıq, müqavilə bütünü rus və erməni instansiyalarını, sonra ratifikasiya prosedurasını keçməlidir. Məhz bundan sonra biz Rusiya istehsalçılarının proqramı reallaşdırması ilə bağlı birgə işə bağlayacağıq” – Ermənistan prezidenti belə deyib.

Xatırladaq ki, Ermənistan Rusiyadan ildə 3%-lə 15 illik kredit götürüb. Ermənistan kreditlərdən 2018-2022 arası istifadə etməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26