Interposta.Info

Azərbaycanlı müğənni namaz vaxtı dünyasını dəyişdi -

Ölkə
 13-03-2017, 11:49     641

Azərbaycanlı müğənni namaz vaxtı dünyasını dəyişdi -
 

ATV telekanalında yayımlanmış "Azərbaycanın Səsi-2016" yarışmasının finalçılarından olan Rəşad Ənvəroğlu dünyasın dəyişib.

interposta.info bildirir ki, Milli.az-ın əldə etdiyi məlumata görə, təxminən üç həftə öncə işləmək üçün Rusiyaya gedən gənc ifaçı axşam saat 5-6 radələrində naməlum səbəblərdən vəfat edib.

İddialara görə, Rəşad namaz vaxtı vəfat edib. Müğənninin ölümü ilə bağlı paralel olaraq başqa bir versiya da səsləndirilir. Belə ki, onun Rusiyada çalışdığı restoranda toy idarə edərkən dünyasını dəyişdiyi söylənilir.

Qeyd edək ki, əslən Göyçay rayonundan olan Rəşad ailəli idi. 2 azyaşlı övlad atasıydı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26