Interposta.Info

Azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi

Ölkə
 25-12-2018, 11:18     10 438

Tanınmış jurnalist Gündüz Nəsibov vəfat edib.

İnterPosta.info
Publika.az-a istinadən xəbər verir ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərkibində fəaliyyət göstərən Analitik qrupun rəhbəri, 1967-ci il təvəllüdlü Gündüz Nəsibov ötən gecə qəfil vəfat edib. O, infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Gündüz Nəsibov həm də 1905.az saytında redaktor idi. 1967-cı ildə Qazaxın Aslanbəyli kəndində anadan olub, Politexnik İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutlarını bitirib. Müxtəlif qəzetlərdə redaktor olan Gündüz Nəsibov həm də bir neçə kitabın müəllifidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26