Interposta.Info

Bakıda tanınmış jurnalist dünyasını dəyişdi

Ölkə
 13-11-2017, 11:34     9 561

Tanınmış jurnalist Altay Zahidov dünyasının dəyişib.

Bu barədə Zahidovun nəvəsi məlumat verib.

Məlumatda bildirilir ki, o uzun sürən xəstəlikdən dünyasının dəyişib.

Qeyd edək ki, Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1954-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974-1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür.

Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimi, Əmək veteranı, professor olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26