Interposta.Info

Əməkdar jurnalist vəfat etdi (FOTO)

 

Ölkə
 27-12-2021, 10:17     4 157

Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev dünyasını dəyişib.

"İnterPosta" xəbər verir ki, Ə. İsayev ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb.

Ə.İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), "Qızıl qələm” (1974), "Ustad” ali jurnalistika (1995), "Həsən bəy Zərdabi” (1996) və "Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26