Interposta.Info

Sumqayıtda restoranda kloun iş başında ölüb

Ölkə
 3-11-2018, 16:36     10 358

Sumqayıtda restoranda iş başında ölən klounun kimliyi məlum olub.

Həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.

Qadının həddindən çox spritli içki qəbul etdiyi və bu səbəbdən ürəyinin dayandığı məlum olub.

Sumqayıt. 2 noyabr. REPORT.AZ/ Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Sumqayıt şəhər sakini, təxminən 45-50 yaşlarında olan qadın restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26