Interposta.Info

 

Ölkə
 9-03-2017, 11:03     694

 

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.

Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin tramvası alıbmış.

Qeyd edəkki, bu gün səhər Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində ağır yol qəzası baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26