Interposta.Info

Xanım icra başçısını kəndin palçıqlı yollarına dəvət etdilər -

Ölkə
 9-03-2017, 07:28     739

Xanım icra başçısını kəndin palçıqlı yollarına dəvət etdilər -

“Dünya səviyyəli tədbirlərə ev sahibliyi edən bir respublikaya belə yollar yaraşırmı, hörmətli İradə xanım?”

interposta.info xəbər verir ki, modern.az-ın redaksiyasına Abşeron rayonunun Məhəmmədi kəndi sakinlərinin müraciəti daxil olub. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

“Salam, hörmətli Modern.az redaksiyası! Şəkildə gördüyünüz bu kücə Abşeron rayon Məhəmmədi kəndindədir. El arasinda “şirniyyatin arxasi” deyilir buraya. Bu kücədə onlarla ev var, yüzlərlə insan yaşayır. Hər gun bu kücədən işə, məktəbə gedib-gələnlər var. Uzun-uzadi yazıb vaxtınızi almaq isrəmirik. Xahiş edirik, bu dərdli kücənin dərdini lazımi qurumlara siz də catdırın. Bu, yüzlərlə insanin adından edilən xahişdi. Amma o var ki, əslində dövlət başçısı İlham Əliyevi, yenicə vəzifə başına keçmiş Mehriban Əliyevanı buna görə narahat etmək doğru deyil. Çünki bu kecilməz yolumuzun dərdinin əlacı Abşeron rayon İcra Hakimiyyətinin əlində “iki vur iki” qədər asan bir məsələdir.
Xanım icra başçısını kəndin palçıqlı yollarına dəvət etdilər -


Bir neçə gun öncə hansısa saytın xəbərlərində oxuduq ki, Abşeron rayon İcra Hakimiyyətinin başcısı, hörmətli İradə Gülməmmədova Mehdiabad kəndinə gəlib və camaatla goruşub, kənddə gedən abadliq işləri ilə maraqlanib, yerində butun işlərlə taniş olub. Əsasən məhəllələrarası yolların təmirinin surətlənməsini tapşırıb (Açığı, bir anliq qonşu kəndə paxılliq etdim). Çox gozəl, alqişlayırıq. Amma biz də xahiş edirik ki, hörmətli İradə xanım Məhəmmədi kəndinə də bir qonaq gəlsin. Gəlsin gorsun ki, bu kənddə yollar nə gundədir. Məhəlləarası yolların nə vəziyyətdə oldugunu özü şəxsən gorsün. Görsün ki, XXI əsrdə, Azərbaycanın analoqu olmayan inkişaf yolu tutduğu, dünya səviyyəli tədbirlərə sahiblik etdiyi bir zamanda bu Məhəmmədi kəndinin camaatı bu palçıqlı yollarda nə zülüm ayaqlaya-ayaqlaya qalıb...https://www.milliyol.az/news.php?id=7170
Yardim edin, hğrmətli jurnalistlər. Yazın və sosial şəbəkələrdə də paylaşın bu kücənin poroblemini”.

interposta.info
Xanım icra başçısını kəndin palçıqlı yollarına dəvət etdilər -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26