Interposta.Info

Mehriban Əliyeva kimsəsiz cütlüyə toy edərək

Ölkə
 6-03-2017, 07:32     560

Mehriban Əliyeva kimsəsiz cütlüyə toy edərək

Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib

interposta.info “AzərTac”a istinadən xəbər verir ki, mərasim Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.

Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında uğurlar diləyib.

Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26