Interposta.Info

Azərbaycanda nə qədər

Ölkə
 4-03-2017, 14:13     513

Azərbaycanda nə qədər

Nazim Bəydəmirli: “Azərbaycanda məmur kapitalizmi olduğuna görə, şirkətin vəsaitinin nə qədər olduğunu bilmək çətindir”

“Azərbaycanda böyük biznes monopoliyada olduğu üçün və bu monopoliya birbaşa məmurlarla bağlı olduğuna görə, nə özəl sektorda böyük vergi ödəyiciləri, nə dövlət büdcəsinə qatqıları, nə də yerli iş adamlarının ölkə iqtisadiyyatına qoyduqları yatırımlar baxımdan açıqlamalar vermək mümkün deyil”.

interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı Nazim Bəydəmirli “Knight Frank” şirkətinin mulitilyonerlərlə bağlı hesabatına münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, “Knight Frank” şirkətinin hesabatına görə, sərvəti 30 milyondan artıq olan çoxlu sayda azərbaycanlı multimilyoner var. Hesabata görə MDB məkanında Rusiyadan sonra Azərbaycan və Qazaxıstan multimilyonerləri sayına görə 2-ci, 3-cü yerləri paylaşırlar. Şirkətin analitikləri proqnozlaşdırır ki, bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Maraqlıdır ki, Azərbaycanda rəsmi olaraq heç kəs milyoner deyil. İri şirkət və holdinqlərin vergi bəyannəmələrində də bu görünmür. O halda “Knight Frank” şirkətinin hesabatı nəyə əsasən hesablanır? Ümumiyyətlə, Azərbaycanda rəsmi milyonerlərin olmamasının səbəbi nədir?
Azərbaycanda nə qədər

Nazim Nazim Bəydəmirli: “Əksər məmurlar öz şirkətlərini övladlarının, ailə üzvlərinin adına qeydiyyata salırlar və onların səhmləri kapitallaşma olmadığına görə bazarda alınıb satılmır”.

“Knight Frank” şirkətinin hesabatına inanmadığını vurğulayn iqtisadçı Nazim Məmmədova görə, Azərbaycanda rəsmi milyonerlərinin olmamasının səbəbi onların öz mülklərini ailə üzvlərinin və övladlarının adına keçirməsi, vergi ödənişlərinin açıqlanmaması ilə bağlıdır:

“Mən bu rəqəmlərə inanmıram. Azərbaycanda bazar iqtisadiyyatı oturuşmadığına, qiymətli kağızlar bazarı olmadığına və kapitallaşma müəyyənləşmədiyinə görə kimin milyoner olub-olmaması müzakirə belə olunmur. Bizim cəmiyyətdə ancaq jurnalistlər və digərləri müxtəlif araşdırmalar aparırlar, hansı şirkətin kimə aid olduğunu və arxasında duran məmurun kimliyini təxmin edirlər. Bu araşdırmalar isə təbii ki, səhih məlumatlara əsaslanmır. Buna görə də bu şəxslərin sərvətləri haqqında nəsə demək çətindir. Əksər məmurlar öz şirkətlərini övladlarının, ailə üzvlərinin adına qeydiyyata salırlar və onların səhmləri kapitallaşma olmadığına görə bazarda alınıb satılmır. Ona görə də şirkətin nə qədər əmlakı olduğunu müəyyən etmək olmur. Azərbaycanda məmur kapitalizmi olduğuna görə, şirkətin vəsaitinin nə qədər olduğunu bilmək çətindir.

O baxımdan bir ölkədə olan milyonerlərin sayı açıqlanan zaman onların il ərzində dövlət büdcəsinə nə qədər vergi ödəməsi nəzərə alınır. Türkiyə, Amerika və səhm bazarı olan digər ölkələrdə həmin multimilyonerlər cəmiyyətə örnək kimi göstərilir. Çox təəssüf ki, Azərbaycanda böyük biznes monopoliyada olduğu üçün və bu monopoliya birbaşa məmurlarla bağlı olduğuna görə, nə özəl sektorda böyük vergi ödəyiciləri, nə dövlət büdcəsinə qatqıları, nə də yerli iş adamlarının ölkə iqtisadiyyatına qoyduqları yatırımlar baxımdan açıqlamalar vermək mümkün deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26