Interposta.Info

Taksidə məmur monopoliyası yaradılır?

İqtisadiyyat
 27-04-2017, 21:23     514

İqtisadçı ekspert: “Taksi xidmətində vahid tarifin tətbiq edilməsi, məmur sahibkarlığının təzahürüdür”

“Əgər vahid tarif tətbiq edilərsə, bu monopoliyalaşma və rəqabətin pisləşməsinə səbəb olacaq”.

interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli Bakı Nəqliyyat Agentliyinin taksi xidmətinə vahid tarif tətbiq edilməsi təklifini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu bu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib. Lakin açıq şəkildə görünür ki, indiki durumda taksi xidmətində şirkətlər arasındakı rəqabət aktivdir. Və belə demək olarsa, sərnişinlər onlara sərf edən şirkətin taksi xidmətindən istifadə edirlər. Əgər vahid tarif tətbiq edilərsə, bu taksi xidmətində bir ya da bir neçə məmurun monopoliyasının yaranmasına yol aça bilərmi və Bakı Nəqliyyat Agentliyinin bu addımının arxasında məhz monopoliya yaratmaq niyyəti dura bilərmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikirlərini öyrənib.



Taksidə məmur monopoliyası yaradılır?

Nazim Bəydəmirli: “Təklif edərdim ki, Bakı Nəqliyyat Agentliyinin tərkibində olan qaraj və digər strukturlar da özəlləşdirilməyə açıq olsun”.

BNA-nən təklifinin monopoliyalaşmaya səbəb olacağını bildirən iqtisadçı ekspert Nazim Bəydəmirliyə görə, bu addım rəqabətin sıradan çıxmasına da səbəb olacaq:

“Ümumiyyətlə, nəqliyyat sektoru özəl fəaliyyət olduğuna görə Bakı şəhər İcra Hakimiyyətinin və ya digər dövlət strukturlarının bu sahə ilə məşğul olması düzgün deyil. Əgər vahid tarif tətbiq edilərsə, bu monopoliyalaşma və rəqabətin pisləşməsinə səbəb olacaq. Ona görə də mən təklif edərdim ki, Bakı Nəqliyyat Agentliyinin tərkibində olan qaraj və digər strukturlar da özəlləşdirilməyə açıq olsun. Təbii ki, dövlət büdcəsi hesabına şəxsi bizneslə məşğul olmaq və büdcədən yayındırmalar dəb halına düşüb. Bu və ya digər formada rəqabəti pisləşdirmək, müxtəlif sahibkarları sıradan çıxarmaq, marşurtları monopoliyaya almaq və s. kimi hallar bazar iqtisadiyyatı şəraitində dövlətin biznes fəaliyyəti ilə məşğul olması deməkdir.

Biz başqa ölkələrə nəzər yetirdikdə görürük ki, müxtəlif bələdiyyələrin avtobusları ola bilir və bu geniş yayılıb. Yəni, müxtəlif şəhər əhalisinə bələdiyyələrin fondundan tələbələrə, yaşlı insanlara, müxtəlif sosial təbəqəli insanlara qarşı güzəştli ucuzlaşmalar edilir. Bu isə sırf bələdiyyələr vasitəsilə həyata keçirilir. Ancaq dövlət strukturunun dövlət büdcəsi hesabına bunu həyata keçirməsi bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Hesab edirəm ki, bu hal məmur sahiblarlığının təzahürüdür”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26