Interposta.Info

Səlim Müslümovdan təqaüdçülərə şad xəbər

Ölkə
 3-03-2017, 16:12     867

Səlim Müslümovdan təqaüdçülərə şad xəbər

"Novruz bayramınadək bütün pensiyaların maliyyəşdirilməsi başa çatdırılacaq".

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri bildirib.

Nazir qeyd edib ki, bununla əlaqədar bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə bu barədə müzakirələr aparılıb: "Hazırda vəsaitlərin artırılması istiqamətində tədbirlər görülür və buna uyğun olaraq çalışacağıq ki, Novruz bayramına qədər pensiyalar hesablara köçürülsün".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26