Interposta.Info

Masazırda unikal aksiya:

Ölkə
 17-02-2017, 21:46     696

Masazırda unikal aksiya:

Masazırda salınan "Yeni Bakı" yaşayış kompleksinin sakinləri maraqlı aksiya keçiriblər. Onlar balkonlar yaşadığı mənzillərin balkonlarından şüarlar asıblar, binaya qazverilməməsinə etirazlarını bildiriblər. Həmin şəhərcikdə yaşayan sakinlər sosial şəbəkələrdə bu fotoları paylaşaraq, acınacaqlı durumda olduqlarını yazıblar: "Bura "Yeni Bakı" yaşayış kompleksidir. Uşaqlar evdə donur, evlərdə palto, papaq, şərf, əlcək ilə otururuq".

Sakinlər bildiriblər ki, binanı inşa edən İDF MMC şirkəti bütün sakinlərdən 700 manat sayğac pulu yığıb:
"Qazımız yoxdur, işığın və suyun pulunu şirkət özü yıgır. Cana yığılmışıq, bizə kömək edin".

Qeyd edək ki, bu günlərdə "Yeni Bakı" sakinlərindən bir qrupu toplaşaraq şəhərcikdə etirazlarını bildirmişdilər. Onlar haqq səslərinin dövlət qurumlarına çatdırılmasını istəyirlər./bakipost.az

interposta.info
Masazırda unikal aksiya:
Masazırda unikal aksiya:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26