Interposta.Info

Saatlıda qatarla avtomobil toqquşdu,

Ölkə
 16-02-2017, 07:28     582

Saatlıda qatarla avtomobil toqquşdu,
Saatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.
interposta.info-ın APA-ya istinadən məlumatına görə, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.
Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

interposta.info APA-ya istinadən xəbər verir ki, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26