Interposta.Info

"O, model qızlara heç 10 qəpik də pul verməz" —

Ölkə
 7-02-2017, 13:49     741

"O, model qızlara heç 10 qəpik də pul verməz" —

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxürislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə “Ölkə.Az”-a Hacı İbrahim barədə maraqlı açıqlama verib

interposta.info xəbər verir ki, “Ölkə.Az”-a açıqlamasında Q.Salahzadə bildirib ki Hacı İbrahimlə uzun illərdən bəri dostluq edir:

“Hacı İbrahimi çox yaxşı tanıyıram, o mənim həm dostum, həm də qonşumdur. Biz-bir-birimizə həddindən çox yaxınıq. Hətta, 1993 və ya 1994-cü ildə Hacı İbrahimlə bir yerdə Həcc ziyarətində olmuşuq. Hacı İbrahim Bilgəhdə gözəl bağ evi tikdirib, sağlığına qismət olsun. Hacı İbrahim çox ağıllı, zirək və bacarıqlı adamdır. Qonşu kimi də onun pis hərəkətini görməmişəm. Təbidir ki, bacarıqlı və zirək olduğu üçün onun paxıllığını çəkən, pisliyini istəyən adamlar var. Bəzən onun haqqında mətbuatda yazılar yazırlar. Ancaq Hacı İbrahim heç də o yazılanlardakı kimi deyil. Mən bunu da Hacı İbrahimi müdafiə etmək üçün demirəm. Heç onun mənim müdafiəmə də ehtiyacı yoxdur”.

Q.Salahzadə Hacı İbrahimi nüfuzdan salmaq istəyənlərin olduğunu bildirib:

“Yazırlar ki, guya Hacı İbrahim pulları ora-bura xərcləyir və sairə. Mən Hacı İbrahimi yaxşı tanıyıram. O, model qızlara heç 10 qəpik də pul verməz. Yalandan bu cür yazılar yazıb, onu nüfuzdan salmaq istəyirlər. Bir ara yazdılar ki, Hacı İbrahim ölkəyə xarici model qızları gətirir və sairə. Əslində, bu cür yazılarla onun evini yıxdılar. İndi ara-sıra onun adını modellərlə hallandırırlar. Ancaq Hacı İbrahim elə adam deyil. O, ağıllı və bacarıqlı iş adamıdır”.

Şeyxin qudası Hacı İbrahimin maraqlı insan olduğunu əlavə edərək bildirib:

“Hacı İbrahim Bilgəhdəki bağ evində Nehrəmdəki dağın maketini düzəltdirib. Hacı İbrahim maraqlı insandır, onun zəngin fantaziyası var, qurub-yaratmağa böyük həvəsi var. Bu da onda xüsusi istedaddır. Birdə ki, Bilgəhdəki torpağı 1994-1995-ci illərdə Hacı İbrahimə mən almışam. O vaxtı mənə 10 min dollar pul verdi ki, torpaq al, mən də həmin torpağı onun üçün aldım”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26