Interposta.Info

Hacı İbrahim küsülü qardaşları ilə barışdı

Ölkə
 2-01-2019, 11:44     10 693

Tanınmış iş adamı, "Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) küsülü olduğu qardaşları ilə barışıb.

İnterPosta.info
xəbər verir ki, modern.az-ın məlumatına görə, bu, yanvarın 1-də İbrahimov qardaşları tərəfindən sosial şəbəkələrdə paylaşılan şəkildən də hiss olunur. Həmin şəkildə Hacı İbrahim Nehrəmlinin digər qardaşları ilə mehriban və səmimi ortamda olduğu görünür.

İnterPosta.info qeyd edir ki, Hacı İbrahim Nehrəmli bir müddət öncə modern.az saytına açıqlamalarında qardaşı Sahib İbrahimovun həbs xəbərinə laqeydliklə münasibət bildirmiş, onunla hər hansı əlaqəsi olmadığını vurğulamışdı. (S.İbrahimov sonradan azadlığa buraxıldı)

Hacı İbrahim digər qardaşı - Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovla da küsülü olduğunu gizlətməmiş, "adını çəkdiyiniz şəxs barəsində mənə sual verməyin” demişdi.

İndi qardaşlar Yenil il bayramında bir araya gələrək, şəkil çəkdirib sosial şəbəkədə paylaşmaqla birlikdə olduqlarını nümayiş etdiriblər.

İnterPosta.info

Hacı İbrahim küsülü qardaşları ilə barışdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26