Interposta.Info

“Köçkünlər bu qərarı çoxdan gözləyirdi” -

Ölkə
 27-01-2017, 07:54     558

“Köçkünlər bu qərarı çoxdan gözləyirdi” -

Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına münasibət bildirib.
interposta.info xəbər verir ki, BakiPost.az-a açıqlama verən millət vəkili qeyd edib ki, köçkünlər bu fərmanı çoxdan gözləyirdilər: "Öz yurd-yuvalarına hələlik qayıtmaları mümkün olmayan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezident İlham Əliyev tərəfindən təsirli tədbirlər görülür. Dövlət başçısının "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanı əslində qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir fərman idi.


Ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir. Qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə, vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi. Ona görə də belə mümkün halların olmaması üçün cənab prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün”.

Hikmət Babaoğlunun fikrincə, bu fərman Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır: "Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Cənab prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqlarının nə qədər tamamlandığını bir daha göstərmiş oldu”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26