Interposta.Info

Azərbaycandakı intiharların sensasion səbəbləri —

Ölkə
 18-01-2017, 09:02     559

Azərbaycandakı intiharların sensasion səbəbləri —
Yeni ilə başlayandan Azərbaycanda intiharların sayının artması diqqət cəlb edir.

interposta.info xəbər verir ki, son 17 gün ərzində ölkədə 23 nəfər özünü öldürüb, 10 nəfər isə intihara cəhd edib. Mütəxəssislər isə intiharın əsas səbəbini insanların sosial-iqtisadi problemlərində görürlər.


Tanınmış psixoloq Dəyanət Rzayev Ölkə.Az-a açıqlamasında bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda intiharların çoxu sosial-iqtisadi problemlər üzündən baş verir. Onun sözlərinə görə, bu səbəbdən də, Azərbaycanda ən çox gənclər özünə qıyır:

“İntiharlarla bağlı Ümumdünya Statistikasına görə intihar edən insanların çoxu yaşı 40-ı keçən insanlardır. Onlar arasında sağalmaz xəstəliyə tutulan, tənha yaşayan şəxslər də var. Müsəlman ölkələrində isə vəziyyət başqadır. Bu hərəkət müsəlman ölkələri üçün elə də xas deyil. Burada dini faktor da rol oynayır. Azərbaycanda isə intiharların artmasında başlıca səbəb sosial-iqtisadi problemlərdir. Təbii ki, bundan əvvəl də ağır dövrlər olub. 90-cı illərdə yeməyə heç nə olmayan dövrdə insanlar intihar etmirdi. Çünki bərabərlik vardı. Çox təəssüf ki, bu gün cəmiyyətdə bərabərlik müşahidə olunmur”, - deyə D.Rzayev bildirib.

Psixoloq deyir ki, burada 3 faktor var ki, insanları uçuruma aparır: “Qeyri-müəyyənlik, ümidsizlik və qorxu- ən birinci qeyri-müəyyənlik faktorunu aradan qaldırmaq lazımdır. Sonra insanlardan narahatçılığı, qorxunu azaltmaq lazımdır. Daha sonra gələcəyə ümidlə yanaşmaq üçün insanda həvəs yaratmaq lazımdır. Bu isə əsasən sosial faktorla əlaqəlidir”.

D.Rzayevin fikrincə, bu növ problemi olan insanlara ən çox rəsmi şəxslər, məmurlar və millət vəkilləri dəstək olmalıdırlar. Onun fikrincə, bu sahədə ən çox məsuliyyət millət vəkillərinin üzərinə düşür: “Bu missiya ən çox məmurların, deputatların üzərinə düşür. Çox təəssüf ki, indiki deputatların bəziləri əhalidə gələcəyə ümid yaratmaq əvəzinə insanları daha da qıcıqlandırırlar. Biri deyir ki, “get kartof ək”, digəri insanları təhqir edir. İnsanları bu qədər alçatlmazlar. İnsanları sakitləşdirmək əvəzinə, əksinə, daha da əsəbləşdirirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26