Interposta.Info

VİDEO: Vergi məmurlarından acıq çıxdı -

Ölkə
 16-01-2017, 13:29     1 526

VİDEO: Vergi məmurlarından acıq çıxdı -
Stafford bununla yerli məmurlara dərs vermək istəyib.

Amerikalı uzun müddət ailəsi üçün aldığı 2 avtomobilin vergisini necə ödəyəcəyini öyrənməyə çalışıb. Lakin vergi məmurları onu düzgün məlumatlandırmayıblar. Ona lazımi mütəxəssislərin telefon nömrələrini bildirməyiblər. Məmurlarla bir neçə aylıq mübahisədən sonra, o, məhkəməyə müraciət edib.

Məhkəmə prosesinin gedişatında Virciniya ştatının baş prokurorunun köməkçisi tələb edilən nömrələri şikayətçiyə təqdim edib, bundan sonra məhkəmə prosesi dayandırılıb.

Amma Stafford bununla dayanmayıb. O, öyrənib ki, yeni alınmış avtomobillərə 3 min dollar vergi nəzərdə tutulub. Amerikalı bankda bu pulu xırda qəpiklərə çevirərək, əl arabasına dolduraraq departamentin ofisinə gətirib.

Qəpiklərin çəkisi 726 kq olub. Əməkdaşlar bu qədər qəpiyi saymaq üçün 7 saat vaxt sərf ediblər./AzNews.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26