Interposta.Info

Nuray deputat üçün pianoda ifa etdi –

Ölkə
 9-01-2017, 09:11     522

Nuray deputat üçün pianoda ifa etdi –
Millət vəkili Qənirə Paşayeva Quba rayonunda məhkəmə icraçıları tərəfindən zorakılığa məruz qalan 10 yaşlı Nuray Bayramzadəyə baş çəkib.

Axar.az xəbər verir ki, jurnalist İhamiyyə Rza Feysbuk səhifəsində etdiyi video-paylaşımda Nurayın millət vəkilinin xahişi ilə pianoda ifa etdiyini bildirib.

“Nuraya emosional dəstək verməyə çalışdıq. Məncə, alındı. Amma onunla psixoloq işləməlidir. Ciddi şəkildə.

P.S. Nə qədər desək də bizim üçün ifa et, utandı. Üstünə getmədik. Qənirə Paşayeva deyən kimi öyrəndiyi parçanı ifa etdi. Budur, millər vəkilinin xarizması”, - İlhamiyyə Rza qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26