Interposta.Info

Zukerberq

Ölkə
 3-01-2017, 17:45     596

Zukerberq

Feysbukun rəhbəri Mark Zukerberq ateizmdən imtina edib.

Bu barədə informasiyanı “Quartz” nəşri yayıb.

Qəzet Zukerberqin dekabrın 25-də paylaşdığı statusda yazılan şərhlərə diqqət yetirib.

Xristianlar və yəhudilərin bayramını təbrik edən Feysbuk rəhbərinə sosial şəbəkə istifadəçiləri “Siz ateist deyilsiniz?” sualını ünvanlayıblar. Zukerberq isə bunun qarşılığında xeyr cavabını verib:

“Mən yəhudi kimi tərbiyə olunmuşam. Sonradan müəyyən şeylərdən şübhə etdiyim dövrdən keçmişəm, lakin indi hesab edirəm ki, din çox vacibdir”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26