Interposta.Info

Zukerberq müflis olub?

Dünya
 11-02-2021, 09:24     512

Moskva Arbitraj Məhkəməsinin saytında “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqin müflis elan edilməsi haqqında iş yayımlanıb.

“Moskovskiy Komsomolets” nəşrinin məlumatına əsasən, müvafiq tələblə bağlı məhkəmə işinə hakim Larisa Kravçukun sədrliyi ilə baxılacaq.

Hələlik, tələbin kimin tərəfindən irəli sürülməsi məlum deyil.

Qeyd edək ki, Mark Zukerberq dünyanın ən varlı şəxslərindən biridir. Onun sərvəti 100 milyard dolları ötür./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26