Interposta.Info

Facebook-a qarşı təhqiqat davam edir: Zukerberq ABŞ konqressinə dəvət olundu

Dünya
 28-03-2018, 10:53     10 438

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ kongressinə dəvət olunub.

Trend-in verdiyi xəbərə görə, o sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.

Daha öncə Zukerberq Böyük Britaniya parlamentində keçirilən analoji dinləmələrdə iştirak etməkdən imtina edib.


Xatırladaq ki, martın əvvəlində 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan Cambridge Analytica şirkətinə ötürülməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Cambridge Analytica ABŞ prezidenti seçkiləri zamanı Donald Trampın seçkiqabağı qərargahı ilə əməkdaşlıq edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26