Interposta.Info

Qaradağda it parçalayan uşağın vəziyyəti açıqlandı

Müxtəlif
 11-03-2024, 11:57     22 478

Qobuda it dişləyən doqquz yaşlı oğlan bu gün reanimasiyadan palataya köçürülüb.

"İnterPosta" xəbər verir ki, bu barədə Report-a cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26