Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir? - AÇIQLAMA

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti ağır olaraq qalır.
Bu barədə "İnterPosta"-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Açıqlamada qeyd olunub ki, it dişləməsi səbəbi ilə zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26