Interposta.Info

Sakinlərin nəzərinə! Bunu etməsəniz cərimə olunacaqsınız

Müxtəlif
 23-10-2023, 11:38     22 000

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla əlaqadar olaraq "Azəristiliktəchizat” ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.

Bu barədə "İnterPosta"ya "Azəristiliktəchizat” ASC-dən bildirilib.

Qeyd edək ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Əlavə məlumat üçün istehlakçılar "Azəristiliktəchizat” ASC-nin (012) 956 qısa nömrəli "qaynar xətti” ilə əlaqə saxlaya bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26