Interposta.Info

Əhaliyə şad xəbər: Vaxt uzadıldı

Ölkə
 15-04-2020, 12:21     423

Aidiyyəti qurumlarla aparılan müzakirələrdən sonra istilik mövsümünün aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib. 15 apreldə başa satması gözlənilən istilik sisteminin mövsümü qrafiki aprelin 25-nə qədər davam edəcək.

Bu barədə "İnterPosta"a Azəristiliktəchizat ASC-nin mətbuat katibi Rafiq Əliyev mövsümi qrafikə əsasən gecədən etibarən dayandırılması gözlənilən mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı danışarkən deyib.

R.Əliyev bildirib ki, xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir:

“Ölkə Prezidentinin tapşırıq və tövsiyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və Azəristiliktəchizat ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bununla bağlı müvafiq araşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib. Baş nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.

Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı Azəristiliktəchizat ASC tərəfindən bütün zəruri tədbirlər görülüb. İstilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin edilib”.

R.Əliyev bildirib ki, hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılmış, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26