Interposta.Info

Bakıda bu binalarda istilik yoxdur (VİDEO)
 

Ölkə
 16-11-2021, 22:51     316

Xətai rayonu, Gəncə prospekti 89-95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

"İnterPosta" xezerxeber.az-a istinadən xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istilik üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat"ın rəsmisi Rafiq Əliyev bildirib ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

İnterPosta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26