Interposta.Info

Azərbaycanda su böhranı yarana bilər (VİDEO)

Müxtəlif
 6-04-2023, 10:17     371

Mingəçevir su anbarında suyun səviyyəsi 16-17 metr aşağı düşüb. Belə davam edərsə, 2050-ci ilədək Azərbaycanda su böhranı yarana bilər. BMT-nin bununla bağlı proqnozları ürəkaçan deyil.

Azərbaycan 27 il sonra su resurslarının daha 23 faizini itirə bilər.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, iqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb.

BMT-nin İnkişaf Proqramının proqnozuna görə, ciddi addımlar atılmasa, 2050-ci ilədək su resurslarımızın daha 23 faizi azala bilər.

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Xəzər Xəbər"ə deyib ki, su resurslarımızın azalmasının müxtəlif səbəbləri var. Onlardan biri suvarmada mütəmadi olaraq tətbiq edilən selləmə üsuludur. Bu zaman ciddi itkiyə yol verilir. Digər səbəb mövcud suvarma sisemindəki çatışmazlıqlardır.
Ənvər Əliyev bildirib ki, əkinə yararlı olmayan sahələrdə taxıl bitkilərinin əkilməsi də vəziyyəti qəlizləşdirir. Çünki belə bitkilərin əkini xeyli su tələb edir. Şöbə müdiri əlavə edib ki, vəziyyət ürəkaçn deyil, hətta Mingəçevir su anbarında suyun səviyyəsi sonuncu dəfə 60 il əvvəl bu qədər aşağı olub.

Ənvər Əliyev vurğulayıb ki, su problemi bölgələrdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə daha ciddi çətinliklər yaradacaq. O bildirib ki, bunun qarşısını almaq üçün ilkin növbədə müasir suvarma sistemlərinin tətbiqini genişləndirmək lazımdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26