Dənizin səviyyəsi enir: Xəzərsahili ölkələrdə problemlər yarana bilər
Son bir neçə ildir ki, Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. Proses belə davam etsə, Xəzərsahili ölkələrdə bəzi problemlər yarana bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovun sözlərinə görə, 10 ildir ki, Xəzərin səviyyəsində enmə var. Buna əsas səbəb qlobal istiləşmədir.
Çingiz İsmayılov deyir ki, bu, dövrlər üzrə müşahidə olunan bir proesesdir. Qabaqlayıcı tədbirlər görülməsə bəzi sahələrdə problemlər yarana bilər.
Xəzər ətrafında yaranan ekoloji problemlər turizmə də təsir edir. Professorun sözlərinə görə, su səviyyəsinin azalması sahilyanı ölkələr, xüsusən də Rusiya və Qazaxıstan üçün ciddi problemlər yaradacaq./Xəzər TV
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26