Interposta.Info

Azərbaycanda nəqliyyat sahəsində yenilik olacaq - Nazir AÇIQLADI

Müxtəlif
 3-03-2023, 11:43     421

“Tvinninq layihəsi yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi bazasının gücləndirilməsi, yol hərəkətinin təhlükəsizliyinin idarə edilməsi üzrə effektiv sistemin qurulması və yol hərəkətinin təhlükəsizliyi sahəsində insan resurslarının inkişafına xidmət edəcək”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, sadalanan bu istiqamətlər üzrə kifayət qədər geniş icra proqramları var:

“Artıq bu proqramlar həm Litva, həm də Polşadan olan həmkarlarımızla müzakirə olunaraq razılaşdırılıb. Növbəti iki il ərzində bu proqramların icrası nəticəsində bizim hədəflədiyimiz rəqəmlərə çata biləcəyik. Hazırda Bakı şəhərində və ölkədə mobillik proqramı üzərində beynəlxalq şirkətlərdən biri ilə birgə işləyirik. Bu iki proqramı bir araya gətirərək qarşıya qoyduğumuz məqsədlərə qısa müddətə çata biləcəyik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26