Interposta.Info

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində gənclərlə görüşüb  

Ölkə
 17-06-2022, 12:54     330

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərində yaşayan, innovasiyalara maraq göstərən gənclərlə görüşüb.

"İnterPosta"xəbər verir ki, görüş zamanı ölkəmizdə İKT sektorunun inkişafı istiqamətləri müzakirə edilib.

Rəşad Nəbiyev gənclərin düşüncələri ilə tanış olub, innovasiya prosesləri barədə fikir mübadiləsi aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26