Interposta.Info

Azərbaycan ilk dəfə NASA-nın dəstəyi ilə keçirilən robot müsabiqəsində təmsil olunacaq - FOTO

Müxtəlif
 23-02-2023, 14:35     379

Azərbaycanın ilk robototexnika komandası bu ilin aprel ayında NASA-nın sponsoru olduğu beynəlxalq robot müsabiqəsində iştirak edəcək.

APA xəbər verir ki, 14-18 yaşlı məktəblilərdən ibarət 26 nəfərlik komanda beynəlxalq FRC (First Robotics Compotition) müsabiqəsində hazırladığı robotları təqdim edəcək.

Robotun detalları, elektron hissələri, proqramlaşdırma, dizayn və digər işlər komandanın müəllim və tələbə heyəti tərəfindən görülüb.

Azərbaycan komandası robot müsabiqəsində #9030 adı ilə təmsil olunur. Dünyanın müxtəlif ölkələrindən 100-dən çox komandanın təmsil olunacağı müsabiqədə region ölkələri arasında yalnız Türkiyə və Azərbaycan iştirak edəcək.

Qeyd edək ki, hər il keçirilən FRC müsabiqəsində NASA ilə yanaşı, Apple, Google, Fedex kimi texnologiya şirkətləri əsas sponsorlar sırasında yer alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26