Interposta.Info

MEDİA jurnalistlərə çağırış etdi

 

Müxtəlif
 14-10-2022, 17:40     419

"Jurnalisitləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq".

Bunu "Report"a açıqlamasında Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:

"Çünki "Media Haqqında" qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26