Interposta.Info

Şuşada beynəlxalq media forumu keçiriləcək

Ölkə
 22-07-2022, 09:34     342

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçiriləcək.

"İnterPosta" xəbər verir ki, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

Artıq yerli və beynəlxalq nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26