Interposta.Info

Jurnalist vəsiqəsi media reyestrində qeydə alınmış jurnalistlərə veriləcək (AÇIQLAMA)

Müxtəlif
 11-10-2022, 17:56     142

"Media reyestrində qeydə alınmış KİV qurumlarına xüsusi şəhadətnamə, media reyestrində qeydə alınmış jurnalistlərə isə jurnalist vəsiqəsinin veriləcək və bu sənədlər onların reyestrə düşdüklərini göstərmiş olacaq".

Bu sözləri "Report"a açıqlamasında media eksperti, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistlərə media vəsiqəsinin verilməsi ölkədə media reyestrinin yaradılması ilə bağlı prosesin davamıdır:

"Ölkədə reyestrin tətbiq olunması media ilə bağlı digər xüsusi proqramların hazırlanmasını və icra edilməsini də asanlaşdıracaq".

M.Ələsgərli vurğulayıb ki, ölkədə reyestrdə qeydə alınan və reyestrdə qeydiyyatda olmayan jurnalistlər də fəaliyyət göstərə biləcək:

"Proses tamamilə könüllüdür və jurnalistlərin reyestrdən keçib-keçməməsi onların öz istəkləri ilə həyata keçiriləcək. Bir sözlə, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər".

Ekspert jurnalist vəsiqəsinin jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi məqsədi daşıdığını bildirib və həmçinin nəzərə çatdırıb ki, reyestrdə qeydiyyatdan keçmək jurnalistin fəaliyyəti üçün müəyyən asanlıqlar yaradacaq:

"Məsələn, media reyestrinə düşmüş jurnalistlərə verilən vəsiqələr beynəlxalq standartlara uyğun hazırlanıb, onun üzərində mobil cihazlarla oxuna bilən QR kodlar mövcuddur. Bununla jurnalist əlavə izahat vermədən QR kodu oxutmaqla özü haqqında məlumatları vermiş olacaq".

M.Ələsgərli vurğulayıb ki, həmin vəsiqələr beynəlxalq standartlarla hazırlanması və reyestrə düşmüş şəxslərə verilməsi onların işlərini sürətləndirmək mahiyyəti daşıyır:

"Təbii ki, reyestrdə qeydiyyatdan keçməyin də özünün şərtləri var və bu, əslində peşəkar jurnailst üçün tərtib olunan şərtlər, yaxud peşəkarlıq meyarlarıdır. Peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərin sözügedən vəsiqəni əldə etməsi son dərəcə asan olacaq. Ölkədə reyestrin tətbiq olunması media ilə bağlı digər xüsusi proqramların hazırlanmasını və icra edilməsini də asanlaşdıracaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26