Interposta.Info

Əflatun Amaşova yeni vəzifə verildi

Müxtəlif / Manşet
 23-09-2022, 14:51     351

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Xalq” qəzetinin baş redaktoru təyin edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Əflatun Amaşov özü məlumat verib.

Qeyd edək ki, Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-ci il martın 15-də jurnalistlərin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib. V çağırış Milli Məclisin deputatı olub. O, hazırda Mətbuat Şurasının sədridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26